...

“Linkoln” – “Qarabağ” oyunu latviyalı hakimlər briqadasına həvalə olunub

İdman Materials 28 İyun 2023 02:00 (UTC +04:00)
“Linkoln” – “Qarabağ” oyunu latviyalı hakimlər briqadasına həvalə olunub

Bakı. Trend:

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Trend-in məlumatına görə, matç Latviyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Vitalijs Spasjonnikovs olacaq. Ona Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Aleksandrs Anufrijevs yerinə yetirəcək.

“Linkoln” – “Qarabağ” oyunu iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti