...

"Qəbələ" klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

İdman Materials 11 İyul 2023 07:32 (UTC +04:00)
"Qəbələ" klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Qəbələ” futbol klubu 2023-2024-cü il mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

Trend kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək. Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. İlk iki qarşılaşmada komandamız Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək.

“Qəbələ” iyulun 20-də Vətənə qayıdacaq və UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti