...

Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazanıb (FOTO)

İdman Materials 24 Avqust 2023 22:03 (UTC +04:00)
Azərbaycanın bədii gimnastı Paris Olimpiadasına lisenziya qazanıb (FOTO)

Bakı. Trend:

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.

Trend-in məlumatına görə, mundialda ölkəmizi təmsil edən Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdmançımız bu nəticə ilə, həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.

Qeyd edək ki, bu, Paris Olimpiadasına gimnastika idman növü üzrə qazanılan ilk lisenziyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti