Bakı. Trend:
Türkiyənin Mersin şəhərində “Challenge” seriyasına aid Dünya kuboku keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda idman gimnastikası üzrə milli komandamız da iştirak edəcək.
Bununla əlaqədar olaraq yığmamızın üzvləri Mənsum Səfərov, Nikita Simonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova Mersin şəhərinə yola düşüblər.