...

“Mançester Yunayted”in futbolçusu Braziliya millisindən uzaqlaşdırılıb

İdman Materials 6 Sentyabr 2023 03:16 (UTC +04:00)
“Mançester Yunayted”in futbolçusu Braziliya millisindən uzaqlaşdırılıb

Bakı. Trend:

“Mançester Yunayted”in futbolçusu Antoni Mateus dos Santos Braziliya millisindən uzaqlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Braziliya Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Fernando Diniz 23 yaşlı futbolçunu FİFA-ya göndərilən 36 futbolçudan ibarət siyahıda “Arsenal”ın futbolçusu Qabriel Jezusla əvəzləyib.

Qeyd edək ki, yerli mediada daha əvvəl Antoninin keçmiş sevgilisini döyməsi ilə bağlı iddialar yayılmışdı.

“Globoesporte” idman portalının məlumatına görə, Antoni heyətə çağırılanda artıq bu iş polis araşdırmasında idi, lakin bəzi iddiaların məzmunu hələ ictimaiyyətə açıqlanmamışdı.

Oyunçu isə sosial şəbəkə hesabında iddiaları rədd edərək, yalan ittihamların qurbanı olduğunu bildirib. “İttihamlar yalandır. Artıq hazırlanmış sübutlar mənim günahsız olduğumu göstərəcək”, - deyə Antoni yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti