...

“Neftçi” üç futbolçusunu icarəyə verdi

İdman Materials 6 Sentyabr 2023 15:43 (UTC +04:00)
“Neftçi” üç futbolçusunu icarəyə verdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi” üç futbolçusunu birillik icarəyə verib.

Trend xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. Bildirilir ki, Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov “Turan Tovuz”da çıxış edəcək.

“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti başa çatan futbolçu Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.

Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən mövsüm əsas komandanın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti