...

AFFA II Liqa komandasına texniki məğlubiyyət verdi

İdman Materials 13 Sentyabr 2023 17:37 (UTC +04:00)
AFFA II Liqa komandasına texniki məğlubiyyət verdi

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsi II Liqa komandası “Baku Sportinq”ə texniki məğlubiyyət verib.

Trend xəbər verir ki, buna “Ağdaş”a qarşı keçirilən II turun oyunundakı qayda pozuntusu səbəb olub.

Belə ki, matçın rəsmi protokolunda adı olmayan Elgün Abbaslı 58-ci dəqiqədə “Baku Sportinq”in heyətində meydana çıxıb. Bu, adıçəkilən komandanın 0:3 hesablı texniki məğlubiyyət alması ilə nəticələnib. “Baku Sportinq” həmçinin 400 manat cərimələnib.

Qeyd edək ki, Ağdaşda keçirilən görüşdə “Baku Sportinq” 4:2 hesablı qələbə qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti