Bakı. Trend:
Renat Dadaşov gələcək üçün ümid verir.
Trend-in məlumatına görə, bunu Türkiyənin “Hatayspor” klubunun fəxri prezidenti Lütfü Savaş bir müddət əvvəl İsveçrənin “Qrasshopper” komandasından transfer etdikləri Azərbaycan millisinin üzvü Renat Dadaşov barədə danışarkən deyib.
Yay transferlərini dəyərləndirən funksioner yeni gələnlərin milli üzvü olduqlarını və “Hatayspor”a güc qatacaqlarını söyləyib:
“Son transferlərimiz olan honduraslı Riqoberto Rivas və azərbaycanlı Renat Dadaşov öz millilərində çıxış edirlər. Yayda heyətə qatılanlar ölkələrinin ya əsas, ya da U-21 yığmalarında çıxış edirlər. Bu futbolçular artıq Superliqanın 5-ci turunda “Fatih Karagümrük”lə görüşdə meydana çıxa bilərlər”.
Qeyd edək ki, “Fatih Karagümrük” – “Hatayspor” matçı sentyabrın 18-də keçiriləcək.