...

Naxçıvanda bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinə start verilib (FOTO)

İdman Materials 21 Sentyabr 2023 16:36 (UTC +04:00)
Naxçıvanda bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Naxçıvan. Trend:

Naxçıvan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinə (21-22 sentyabr) start verilib.

Trend cümə axşamı xəbər verir ki, Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir.

Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.

İki gün davam edəcək yarışlarda fərdi proqramlarda çıxış edən gimnastlar arasında çoxnövçülük və ayrı-ayrı predmetlərlə hərəkətlər üzrə, eləcə də komandalar arasında qrup hərəkətləri üzrə qaliblər və mükafatçılar müəyyən ediləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova; Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti