...

Üç medal yaxşı nəticədir - bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirin mükafatçısı

İdman Materials 22 Sentyabr 2023 18:56 (UTC +04:00)
Üç medal yaxşı nəticədir - bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirin mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Naxçıvan. Trend:

Bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirdə üç medal qazanmaq yaxşı nəticədir.

Bu barədə cümə günü Trend-ə turnirdə iştirak edən gənc gimnast Mədinə Qədimova deyib.

O, gürzlə proqramda və çoxnövçülük üzrə ikinci yer, predmetsiz hərəkətlər üzrə isə üçüncü yer tutub.

"Ümumilikdə yaxşı çıxış etdim, qazandığım medallar da bundan xəbər verir. Lakin proqramda bəzi elementlər oldu ki, bu gün məndə alınmadı. Növbəti çıxışıma qədər onları işləməyə çalışacağam. Məşqçim məni təriflədi və bildirdi ki, daha yaxşı çıxış edə bilərəm", - deyə "Zirə" Mədəniyyət mərkəzini təmsil edən gənc idmançı bildirib.

Gənc idmançının sözlərinə görə, məşqçisi və gərgin məşqlər sayəsində onda mürəkkəb elementlər alınacaq.

"Əslində ilk dəfə bədii gimnastika seksiyasına gələndə bir qədər özümü itirmişdim, bilmirdim hərəkətləri yerinə yetirə biləcəyəm, ya yox. Lakin məşqçim və məşğələlər sayəsində məndə hər şey alındı", - 9 yaşlı idmançı deyib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turniri 21-22 sentyabr tarixlərində Naxçıvanda keçirilir.

Dörd yaş kateqoriyası üzrə keçirilən yarışlarda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir. Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.

Yarışlar Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti