...

“Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu qızıl medal qazanıb

İdman Materials 23 Sentyabr 2023 04:39 (UTC +04:00)
“Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Bakı. Trend:

Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu qızıl medal qazanıb.

Trend xəbər verir ki, kişilər arasında keçirilən final görüşündə Yaşar Nəcəfov (66 kiloqram) yaponiyalı idmançı Takeşi Takeoka qarşılaşıb. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ilk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti