...

"Qarabağ"ın qapıçısı Rusiya millisinə dəvət ala bilər - AÇIQLAMA

İdman Materials 11 Oktyabr 2023 18:09 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın qapıçısı Andrey Lunyov yenidən Rusiya milli komandasına dəvət ala bilər.

Trend xəbər verir ki, bu haqda Rusiya millisinin qapıçılarla işləyən məşqçisi Vitali Kafanov jurnalistlərə açıqlamasında deyib.

Rusiya Futbol Federasiyasının saytında yayımlanan açıqlamada V.Kafanov "Qarabağ"ın qapıçısının son çıxışları barədə müsbət fikirlər səsləndirib.

"Lunyov "Qarabağ"da çox güclü çıxış edir. O, Avropa Liqasında iki oyunda meydana çıxıb, bir qol belə buraxmayıb. Üç gün əvvəl "Neftçi" ilə görüşdə çox yaxşı oynadı. O, namizədlərdən biridir", - deyə o bildirib.

Qeyd edək ki, 31 yaşlı Lunyov Rusiyanın əsas milli komandasında 7 oyunda iştirak edib. O, son dəfə 2021-ci ilin noyabrında Sloveniya ilə "DÇ-2022"nin seçmə matçına dəvət alıb və ehtiyatda qalıb.

Xəbər lenti

Xəbər lenti