...

İsrailli futbolçular bir dəqiqəlik sükuta görə bugünkü oyuna çıxmayacaqlar

İdman Materials 21 Oktyabr 2023 12:00 (UTC +04:00)
İsrailli futbolçular bir dəqiqəlik sükuta görə bugünkü oyuna çıxmayacaqlar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Antalyaspor"un israilli futbolçuları Ramzi Safuri və Sagiv Yehezkel Türkiyə Superliqasının 9-cu turunda "Qaziantep"lə matça çıxmayacaqlar.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar etiraz olaraq oyuna çıxmayacaqlar.

Buna səbəb Türkiyə Futbol Federasiyasının İsrailin hücumu nəticəsində həlak olmuş Fələstin sakinlərinin xatirəsinin bu həftə oynanılacaq matçlarda bir dəqiqəlik sükutla yad olunmasına qərar verməsidir.

Yarımmüdafiəçilər artıq qarşılaşmanı bokyot edəcəklərinu "Antalyaspor" rəhbərliyinə bildiriblər. Klub isə onların qərarını qəbul edib.

Qeyd edək ki, sözügedən matç bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti