...

Konfrans Liqası: “Beşiktaş” növbəti dəfə uduzub, “Fiorentina” və “Ayntraxt”dan darmadağın

İdman Materials 27 Oktyabr 2023 03:12 (UTC +04:00)
Konfrans Liqası: “Beşiktaş” növbəti dəfə uduzub, “Fiorentina” və “Ayntraxt”dan darmadağın

Bakı. Trend:

Oktyabrın 26-da UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Norveçin “Budo-Qlimt” kollektivinə məğlub olub – 1:3.

İtaliyanın “Fiorentina” klubu öz meydanında “Çukariçki”ni 6:0 hesabı ilə darmadağın edib. Almaniya “Ayntraxt”ı isə HİK-i eyni hesabla məğlubiyyətə uğradıb – 6:0.

İngiltərənin “Aston Villa” klubu isə səfərdə “AZ Alkmaar”ı 4:1 hesabı ilə məğlub edib.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Balkani” – “Astana” – 1:2

“Gent” – “Breydablik” – 5:0

“Klaksvik” – “Olimpiya” – 3:0

“Lill” – “Slovan Bratislava” – 2:1

“Luqano” – “Brügge” – 1:3

“Aberdin” – PAOK – 2:3

“Dinamo Zaqreb” – “Plzen” – 0:1

“Genk” – “Ferentsvaroş” – 0:0

“Spartak Trnava” – “Norşelland” – 0:2

“Jrinski” – “Legiya” – 1:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti