...

Azərbaycan idmançıları beynəlxalq turnirdə 7 medal qazanıblar

İdman Materials 8 Noyabr 2023 04:39 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.

Trend xəbər verir ki, cüdoçulardan Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kiloqram) gümüş və Elcan Şəfiyev (81 kiloqram) bürünc mükafata sahib çıxıb.

Sərbəst güləşdə isə Camal Abbasov (61 kiloqram) və Sabir Cəfərov (70 kiloqram) birinci, Aydın Əhmədov (125 kiloqram) ikinci, Sahib Dadaşov (79 kiloqram) üçüncü yeri tutub.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti