...

İngilis futbolçu Bellinqhem “Qızıl oğlan” mükafatının qalibi olub

İdman Materials 18 Noyabr 2023 02:27 (UTC +04:00)
İngilis futbolçu Bellinqhem “Qızıl oğlan” mükafatının qalibi olub

Bakı. Trend:

İspaniyanın “Real Madrid” futbol klubunun ingilis yarımmüdafiəçisi Jude Bellinqhem Avropanın 21 yaşa qədər ən yaxşı oyunçusuna verilən illik “Qızıl oğlan” mükafatının qalibi olub.

Trend-in məlumatına görə, bu barədə mükafatın təşkilat komitəsi məlumat yayıb.

Bellinqhemin 20 yaşı var və 2023-cü ilin yayında “Real Madrid”ə keçib. Komandanın tərkibində müxtəlif turnirlərdə 14 oyun keçirən futbolçu 13 qol vurub və 3 məhsuldar ötürmə edib. İngilis futbolçu ötən mövsümü "Borussiya Dortmund"da keçirib, onun heyətində 42 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti