...

Türkiyə millisi Almaniyaya qarşı

İdman Materials 18 Noyabr 2023 15:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə millisi bu gün Almaniya yığması ilə yoxlama oyunu keçirəcək.

Trend xəbər verir ki, matç Berlindəki Olimpiya stadionunda oynanılacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Referi Bartoz Frankovskiyə yan xətt hakimləri kimi Markin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Tomas Musial yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə millisi son oyununda Latviyanı 4:0 hesabı ilə məğlub edib. Komanda artıq Avro-2024-ün final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Almaniya isə son görüşündə Meksika ilə 2:2 hesablı heç-heçə edib. Avro-2024-ün əsas mərhələsi Almaniyada keçiriləcəyi üçün bu ölkənin yığma komandası qitə çempionatına birbaşa vəsiqə qazanıb.

Yoxlama oyunu

23:45. Almaniya - Türkiyə

Baş hakim: Bartoz Frankovski

Berlin, Olimpiya stadionu

Xəbər lenti

Xəbər lenti