...

Azərbaycan taekvondoçusu “Paris-2024”ə lisenziya qazanıb

İdman Materials 17 Dekabr 2023 20:41 (UTC +04:00)
Azərbaycan taekvondoçusu “Paris-2024”ə lisenziya qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə” turnirində 58 kiloqram çəki dərəcəsində taekvondo üzrə təsnifat mərhələsində uğurlu çıxış edərək qızıl medal qazanıb.

Bu barədə Trend-ə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaşım Maqomedov “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan ilk Azərbaycan taekvondoçusu olub. Təsnifat mərhələsini qızıl medalla başa vuran taekvondoçumuz Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu mərhələni də uğurla başa vuraraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da, Azərbaycan komandası “Paris-2024” Yay Olimpiya Oyunlarına 9-cu lisenziyanı təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti