...

Azərbaycan Çempionatında güclü külək işıq dirəyini aşırıb - Hadisənin ANBAAN VİDEOSU

İdman Materials 23 Dekabr 2023 17:43 (UTC +04:00)
Azərbaycan Çempionatında güclü külək işıq dirəyini aşırıb - Hadisənin ANBAAN VİDEOSU
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda güclü külək işıq dirəyini aşırıb.

Trend-in əldə etdiyi məlumata görə, Turan Tovuz - Araz-Naxçıvan oyunu yarımçıq dayandırıldı.

Belə ki, güclü külək nəticəsində azarkeşlərin böyük tribunası tərəfdə olan işıq dirəyi aşıb. Xoşbəxtlikdən işıq dirəyi azarkeşlərin deyil, digər tərəfə aşıb.

Digər istiqamətdə olan işıq dirəyinin də aşma ehtimalı olduğu üçün canlı yayım dərhal yarımçıq dayandırılıb.

Hakim futbolçuların meydançanı tərk etməsini tapşırıb.

Futbolçu və azarkeşlər polislərin müşayiətilə meydançanı tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti