Bakı. Trend:
Xəbər verdiyimiz kimi, "Neftçi" komandasının baş məşqçisi dəyişib.
Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən "Neftçi" bu posta Miodraq Bojoviçi gətirib.
Trend "Neftçi"nin yeni baş məşqçisinin dosyesini təqdim edir:
Miodroq Bojoviç 1968-ci ildə ölkəsinin Moykovats şəhərində anadan olub.
55 yaşlı mütəxəssisin futbolçu karyerası cəmi 13 il davam edib. 1999-cu ildə futbolçu karyerasını bitirən Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın "sükanı arxasında" olan mütəxəssis ardınca Yaponiyada da çalışmaq imkanı qazanıb.
O, Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.
Miodroq Bojoviç "Neftçi"yə kimi - son olaraq 2021/2022 mövsümündə "Arsenal" komandasına rəhbərlik edib.
Qeyd edək ki, Bojoviç 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.
Xatırladaq ki, "Neftçi" monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) müqaviləyə imza atıb.