Bakı. Trend:
AFFA İntizam Komitəsi Premyer Liqanın XIX turunda keçirilən “Sabah” – “Neftçi” oyunu ilə bağlı qərarlarını açıqlayıb.
Trend xəbər verir ki, komitə hər iki klubu cərimələyib.
Səfər matçında 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimə olunub. Azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi “ağ-qaralar”ı daha 1500 manat ziyana salıb.
“Sabah” isə görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması ucbatından 800 manat ödəməli olacaq.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb.