Bakı. Trend:
"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellayni karyerasını başa vurduğunu açıqlayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, 36 yaşlı futbolçunun son klubu Çinin "Şandunq"u olub. Fellayni əvvəllər “Mançester Yunayted”, “Everton” və “Standard”də çıxış edib. O, Belçika millisində 87 oyunda 18 qol vurub.
Futbolçu "Mançester Yunayted"lə bir dəfə İngiltərə kubokunu, Liqa kubokunu, İngiltərə Superkubokunu və Avropa Liqasını qazanıb .