...

Nazim Babayev dünya çempionatında iştirak etməyəcək

İdman Materials 21 Fevral 2024 14:52 (UTC +04:00)
Nazim Babayev dünya çempionatında iştirak etməyəcək

Bakı. Trend:

Azərbaycan millisinin atleti Nazim Babayev martın 1-3-də Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək qış dünya çempionatında iştirak edə bilməyəcək.

Trend-in xəbərinə görə, bu barədə İdman.biz-ə atletin özü məlumat verib.

O bildirib ki, buna səbəb budunun arxa hissəsində zədəsinin olmasıdır:

“Hazırda müalicələrim davam edir. 3 həftəlik bərpa müddəti olduğu üçün dünya çempionatında iştirak edə bilməyəcəm. Çünki mundiala qatılsam, zədəm daha da pisləşə bilər. Buna görə də Azərbaycan Atletika Federasiyası qərara gəldi ki, bu dünya çempionatında iştirak etməyək. Qarşıda onsuz da lisenziya xarakterli turnirlər çox olacaq”.

Qeyd edək ki, uzununa tullanma növündə çıxış edən Babayev Belqrad qış turnirində də zədə səbəbindən yarışı yarımçıq tərk etmişdi. Dünya çempionatında isə yığmanın heyətində o mübarizə aparmalı idi.

Xəbər lenti

Xəbər lenti