...

"Mançester Siti" "Mançester Yunayted"i məğlub edib

İdman Materials 3 Mart 2024 21:34 (UTC +04:00)
"Mançester Siti" "Mançester Yunayted"i məğlub edib

Bakı. Trend:

Futbol üzrə İngiltərə çempionatının 27-ci turunun matçında "Mançester Siti" klubu doğma meydanda "Mançester Yunayted"ə 3:1 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, qalib gələn komandanın heyətində qolları Fil Foden (56 və 80-ci dəqiqə) və Erlinq Haaland (90+1) vurub. "Mançester Yunayted"ın heyətində yeganə qolunu Markus Raşford (8) vurub.

27 turdan sonra "Mançester Siti" 62 xal toplayıb və "Liverpul"dan 1 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti