...

Azərbaycan çempionatında qol şousu

İdman Materials 6 Mart 2024 17:15 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan çempionatında nadir təsadüf olunan hesab qeydə alınıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, I Liqada XVII tur məhsuldar görüşlə başlayıb.

Çempionatın autsayderi “Araz Saatlı” MOİK-in qonağı olub. Premyer Liqaya qayıtmağa iddialı meydan sahibləri matçın favoriti olsa da, azarkeşlər hər iki komandanın məhsuldarlığına şahidlik ediblər. 10 qolun vurulduğu oyunda MOİK qələbə qazanıb – 6:4. Qol şousunun yaşandığı matçın ilk 45 dəqiqəsində 4, fasilədən sonra 6 qol vurulub.

I Liqa
XVII tur
6 mart
MOİK – “Araz Saatlı” – 6:4
Qollar:
Elmir Rəhimzadə, 23, 87, Ramil Orucov, 37, Nicat Əskərov, 39, Nihad Qurbanlı, 58, Cavidan Abbaszadə, 82 - Nurlan Bayramov, 44 (avtoqol), Sequn Omotoşo,48, Şamil Abdullayev, 68, Rəvan Əvəzov, 77

Xəbər lenti

Xəbər lenti