...

Bütün fikrimizi bu görüşə yönəltmişik, heç bir rəqibdən çəkinmirik - Qurban Qurbanov

İdman Materials 13 Mart 2024 20:19 (UTC +04:00)

Bakı. Trend:

“Bizim üçün çox vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq”.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Avropa Liqasının 1/8 finalının cavab matçında “Bayer”in qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis cavab matçında diqqətli olmağın vacibliyini vurğulayıb:

“Diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə diqqətli olmalıyıq”.

Qurban Qurbanov heç bir rəqibdən çəkinmədiklərini bildirib. O, Juninyonun zədəsi ilə bağlı da məlumat verib:

"Heç bir rəqibdən çəkinmirik. Bu, komandaya özünəinamı, motivasiyanı göstərir. Juninyonun sabah heyətdə olub-olmayacağını bilmirik. Bu gün son məşqimiz var. Həkimlərlə müzakirədən sonra qərarımız verəcəyik. Musa Qurbanlının "Qarabağ"a qayıtması müzakirə olunmayıb. Komandada kifayət qədər futbolçu var. Bütün diqqətimizi sabahkı oyuna yönəltmişik".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti