...

200-dən çox azyaşlı üzgüçü gücünü sınadı (FOTO)

İdman Materials 18 Mart 2024 11:34 (UTC +04:00)
200-dən çox azyaşlı üzgüçü gücünü sınadı (FOTO)

Bakı. Trend:

16-17 mart 2024-cü il tarixlərində Gəncə və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə “Parlaq ulduz” uşaq liqasının 1-ci mərhələ yarışları keçirilib.

Üzgüçülük federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şaqan Olimpiya İdman Komleksində təşkil olunan turnirdə 16 komandada 200-dən çox kiçik yaşlı uşaqlar mübarizə aparıblar.

Yarışda üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti iştirak edib.

Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə, yarış çərçivəsində məşqçilər korpusu ən perspektivli idmançıların aşkar olunması və onların gələcəkdə milli komandanın rezerv komandasının formalaşdırılmasında yaxından iştirakı nəzərdə tutulur:

“Yarışların 2-ci mərhələsi aprel ayında Sərhədçi Olimpiya İdman klubunda keçiriləcək. Sonuncu final mərhəsi isə may ayında Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərləsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər. Əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərimizin aşkar olunması və onların məşqçilərimizin nəzarəti altında məşqlər keçərək milli komandanın rezerv komandasına cəlb olunmasıdır”, - deyə R.Əbdürrəhmanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti