...

Qurban Qurbanovu kim harada görür? - İdman.biz TV (VİDEO)

İdman Materials 18 Mart 2024 16:01 (UTC +04:00)
Qurban Qurbanovu kim harada görür? - İdman.biz TV (VİDEO)

Bakı. Trend:

Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ” “köhnə qitə”nin ən çox danışılan klublarından birinə çevrilib.

Trend xəbər verir ki, İdman.biz TV qazanılan nailiyyət Azərbaycan çempionunun bir çox futbolçularına təkliflərin də gəlməsinə səbəb olub. Təbii ki, uğurun memarı, futbolumuzu Avropaya tanıdan Qurban Qurbanov da diqqətdən kənarda qalmayıb. Onu baş məşqçi postunda görmək istəyən klubların sayı isə durmadan artır.

Maraqlıdır, şəhər sakinləri 52 yaşlı mütəxəssisi hansı klubda görmək istəyirlər? Əməkdaşımızın paytaxtda keçirdiyi sorğuda respondentlərin çoxu Qurbanovun “Qarabağ”da işini davam etdirməsinin tərəfdarıdır. Təcrübəli mütəxəssisi yığmanın və xarici klubların “sükanı arxasında” görmək istəyənlər də olub.

Xəbər lenti

Xəbər lenti