...

Belçikalı futbolçu Avropanın 5 nəhənginin hədəfində

İdman Materials 19 Mart 2024 03:15 (UTC +04:00)
Belçikalı futbolçu Avropanın 5 nəhənginin hədəfində

Bakı. Trend:

Belçika yığmasının futbolçusu Joan Bakayoko Avropa klublarının diqqət mərkəzinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, PSV-də çıxış edən yarımmüdafiəçi yayda komandasını tərk edə bilər.

Artıq klubun Bakayoko ilkin danışıqlar apardığı xəbərləri yayılıb. “Çelsi”, “Mançester Siti”, “Liverpul”, PSJ və Dortmund “Borussiya”sı Joanı heyətə cəlb etmək arzusundadır. Onun transfer qiyməti 50-60 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Bakayokonun PSV ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq. O, 4 ildir Eyndhoven klubunda çıxış edir.

Xəbər lenti

Xəbər lenti