...

Azərbaycan atıcısı fəxri kürsünün ən yüksək pilləsində

İdman Materials 24 Mart 2024 01:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Güllə atıcılığı üzrə Azərbaycan milli komandası Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində daha bir medal qazanıb.

Trend-in İdman.biz-ə istinadən verdiyi məlumata görə, 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada mübarizə aparan Vladislav Kalmıkov fəxri kürsüyə yüksəlib.

Hədəfi daha dəqiq nişan alan təmsilçimiz bütün rəqiblərini arxada qoyaraq, qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan millisi turnirdə 6-ci mükafatı olub. Bundan əvvəl komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti