...

Azərbaycan atıcısı Almaniyadakı turnirdə ikinci qızıl medalını qazanıb

İdman Materials 24 Mart 2024 05:13 (UTC +04:00)
Azərbaycan atıcısı Almaniyadakı turnirdə ikinci qızıl medalını qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, qızlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Z.Sultanova daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda da birinci yeri tutub.

Turnirə martın 24-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti