Bakı. Trend:
Gürüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması turnirdə 2 gümüş və 2 bürünc medal qazanıb.
Komandamız bu nəticə ilə ümumi hesabda 9-cu yeri tutub. Gürcüstan yığması meydan amilindən istifadə edərək, 1-ci yeri tutub (4-0-1). İspaniya (2-0-0) cüdoçuları 2-ci, Kanada (1-2-1) təmsilçiləri ilə 3-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, millimizin heyətində Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıblar.