...

Azərbaycan yığması 4-cü qızıl medal qazanıb (FOTO)

İdman Materials 24 Mart 2024 22:21 (UTC +04:00)
Azərbaycan yığması 4-cü qızıl medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan idmançıları Almaniyanın Dortmund şəhərində keçirilən beynəlxalq turnirdə növbəti uğurlara imza atıblar.

Trend-in İdman.biz-ə istinadən verdiyi məlumata görə, gənclərdən ibarət qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Leyli Əliyeva və Vladislav Kalmıkovdan ibarət cütlük 1-ci yeri tutub. Təmsilçilərimiz 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma növündə qızıl medala sahib olublar.

Qeyd edək ki, millimiz daha öncə 3 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti