Bakı. Trend:
İngiltərə Premyer Liqasında 31-ci turu 5 oyunla start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, matçlar meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.
Qonaq komandalar heç bir qarşılaşmada qələbə qazana bilməyib. Turun 3 oyunda 1:1 hesabı qeydə alınıb.
“Nyukasl” öz meydanında, “Tottenhem” isə səfərdə xal itirib. “Nottingem Forest” “Fulhem”i, “Bornmut” isə “Kristal Pelas”ı məğlub edib.