...

Qazanılan medal ən xoş emosiyalar gətirdi – gimnastika üzrə çempionatın qalibi

İdman Materials 4 Aprel 2024 22:09 (UTC +04:00)
Qazanılan medal ən xoş emosiyalar gətirdi – gimnastika üzrə çempionatın qalibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Yarış çox yaxşı keçdi, qazandığım medal mənə ən xoş emosiyalar gətirdi.

Bu barədə Trend-ə “Ocaq Sport” klubunun bədii gimnastika üzrə IV Açıq Çempionatının gümüş mükafatçısı Lalə Heydərli deyib. Gimnastımız 2016-cı il təvəllüdlü iştirakçılar arasında alətsiz hərəkətlər proqramında (C kateqoriyası) ikinci yeri tutub.

"Bu gün yaxşı çıxış etdim, məşqçi məni təriflədi. Medal qazanmağım çox xoşdur, çünki yarışda çoxlu iştirakçı var idi və hamısı çempionata yaxşı hazırlaşmışdılar", - deyə “Ocaq Sport” klubunun nümayəndəsi qeyd edib.

Gimnastın qeyd edib ki, çempionatın gözəl ab-havası var:

"Hamımızın gimnastika sevgisi var. Çempionat dostluq şəraitində keçir və bizdə müsbət təəssürat yaradır".

Qeyd edək ki, aprelin 4-6-da “Ocaq Sport” klubunun bədii gimnastika üzrə IV Açıq Çempionatı keçirilir. Yarışda 180-dən çox gimnast iştirak edir.

Yarışlarda "Ocaq Sport" klubunun təmsilçiləri ilə yanaşı, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdmanı Sarayı, və Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, "Ocaq Sport" klubunun Hövsan bölməsi və Şağan Olimpiya İdman Kompleksinin yetirmələri də iştirak edir.

Yarışlar bir neçə yaş kateqoriyasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti