...

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Bakıda Olimpiya lisenziyası qazandı

İdman Materials 5 Aprel 2024 19:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Bakıdakı Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Trend xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yer alan idmançı macarıstanlı Kristan Vansa ilə qarşılaşıb.

Rəqibinə 5:4 hesabı ilə qalib gələn P.Nəsibov finala yüksəlmək, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, Pərviz Nəsibov Tokio Olimpiadasının gümüş mükafatçısıdır.

Xəbər lenti

Xəbər lenti