...

Azərbaycanın 14 hakimi beynəlxalq dərəcə aldı

İdman Materials 9 Aprel 2024 11:42 (UTC +04:00)

Bakı. Trend:

Bakıda keçirilən boks üzrə 1 ulduz kateqoriyalı beynəlxalq hakimlik imtahanının nəticələri açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Böyük İpək Yolu” çərçivəsində baş tutan sınaqda iştirak edən 17 azərbaycanlı ədalət təmsilçisindən 14-ü İBA-dan müsbət cavab alıb.

Nəticədə hakimlərimiz Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib. Eyni vaxtda 14 referimizin dərəcə alması dünya praktikasında ilklərdəndir.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.

Xəbər lenti

Xəbər lenti