...

Çiro İmmobile “Latsio”dan gedir, Simeone gəlir

İdman Materials 10 Aprel 2024 00:06 (UTC +04:00)
Çiro İmmobile “Latsio”dan gedir, Simeone gəlir

Bakı. Trend:

Çiro İmmobile “Latsio”nu tərk edə bilər.

Trend İdman.biz-ə xəbər verir ki, onun “Napoli”nin forvardı Covanni Simeone ilə dəyişdirilməsi mümkündür.

İtaliya mətbuatında “Latsio”nun yeni baş məşqçisi İqor Tudorun Simeonenin xidmətində maraqlı olduğu bildirilir. Viktor Osimhenin “Napoli”ni tərk edəcəyi gözlənilir və komandanın ikinci hücumçusunu da buraxacağı real deyil. Çironun bu mövsüm zəif çıxış etməsi klub rəhbərliyini ona əvəzedii axtarmağa vadar edib.

Qeyd edək ki, İmmobilenin Roma klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. O, hazırki mövsümdə 31 oyunda 3 qol və 1 ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti