...

Nicat Abasov Hindistan şahmatçısı ilə üz-üzə gələcək

İdman Materials 10 Aprel 2024 11:56 (UTC +04:00)

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirində VI turun oyunları keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Rameşbabu Praqnanandja ilə görüşəcək.

Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə 1,5 xala malik təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İddiaçılar Turniri
VI tur, 10 aprel

Dommaradju Qukeş – Hikaru Nakamura
Vidit Santoş Qujrati – Alireza Firuzya
Rameşbabu Praqnanandja - Nicat Abasov
Yan Nepomnyaşi - Fabiano Karuana

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 3,5, 3. Fabiano Karuana (ABŞ) – 3, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 2,5, 5. Hikaru Nakamura (ABŞ) – 2,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 2, 7. Nicat Abasov (Azərbaycan), 1,5, 8. Alireza Firuzya (Fransa) – 1,5.

Qeyd edək ki, Abasov VII turda Santoş Qujrati ilə üz-üzə gəkəcək. Təmsilçimiz I dövrədəki son matçını ağ fiqurlarla keçirəcək.

Xəbər lenti

Xəbər lenti