...

Avropa çempionatına yollanacaq karateçilərimiz dəqiqləşdi (FOTO)

İdman Materials 10 Aprel 2024 14:37 (UTC +04:00)
Avropa çempionatına yollanacaq karateçilərimiz dəqiqləşdi (FOTO)

Bakı. Trend:

Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin 6 karateçisinin adı dəqiqləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışa qatılacaq idmançılar şəxsi görüşlər nəticəsində bəlli olub.

AKF-in vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayevin də izlədiyi sınaq döyüşlərinə əsasən Fərid Savadov (60 kq), Fərid Ağayev (75 kq) Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) çempionata getmək hüququ qazanıblar.

Kata seçimlərində Ramilə Heydərova bütün rəqiblərini üstələyib. Kişilərin yarışında isə ölkəmizi Roman Heydərov təmsil edəcək.

Qeyd edək ki, digər çəkilərdə yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşlərindən sonra aydınlıq gələcək.

Xəbər lenti

Xəbər lenti