...

“Qaralar”la üçüncü məğlubiyyət

İdman Materials 11 Aprel 2024 09:39 (UTC +04:00)

Bakı. Trend:

Şahmat üzrə İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Rameşbabu Praqnanandja ilə görüşüb.

Təmsilçimiz bu matçı qara fiqurlarla keçirib. Nicat Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə 3-cü məğlubiyyətini alıb. “Ağlar”la heç-heçələri, “qaralar”la məğlubiyyətləri sıralayan şahmatçımız üçüncü dəfə xalsız qalıb.

İddiaçılar Turniri
VI tur, 10 aprel

Dommaradju Qukeş – Hikaru Nakamura – 0,5:0,5
Vidit Santoş Qujrati – Alireza Firuzya – 1:0
Rameşbabu Praqnanandja - Nicat Abasov – 1:0
Yan Nepomnyaşi - Fabiano Karuana – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya (Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.

Qeyd edək ki, Abasov VII turda Santoş Qujrati ilə üz-üzə gəkəcək. Təmsilçimiz I dövrədəki son matçını ağ fiqurlarla keçirəcək.

Xəbər lenti

Xəbər lenti