...

"Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək ikinci pilləyə yüksəlib

İdman Materials 13 Aprel 2024 21:34 (UTC +04:00)
"Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək ikinci pilləyə yüksəlib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. "Neftçi Arena"da keçirilən görüş paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 1-ci dəqiqədə Brayan Moreno açıb. "Ağ-qaralar"ın heyətində 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. Matçın yekun nəticəsini 87-ci dəqiqədə avtoqol müəllifi olan İqor Ribeyro müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 47-yə yüksəldən "Neftçi" ikinci pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti