...

Abasovdan 4-cü məğlubiyyət

İdman Materials 16 Aprel 2024 09:40 (UTC +04:00)
Abasovdan 4-cü məğlubiyyət

Bakı. Trend:

Bu gün şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları baş tutub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşünü keçirib.

O, Hikaru Nakamura ilə qarşılaşıb. 29 yaşlı təmsilçimiz qara fiqurlarla oynayıb.

Nicat turnirdə 4-cü məğlubiyyətini alıb. O, 3 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

İddiaçılar Turniri

X tur, 15 aprel

Hikaru Nakamura – Nicat Abasov – 1:0
Fabiano Karuana – Alireza Firuzya – 1:0
Yan Nepomnyaşi – Dommaradju Qukeş – 0,5:0,5
Rameşbabu Praqnanandja – Vidit Santoş Qujrati – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) – 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzya (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, X turdan sonra şahmatçılara bir günlük istirahət verilib. XI turun matçları aprelin 17-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti