...

Hədəfimizə çatdıq - Tatyana Deniskina

İdman Materials 16 Aprel 2024 14:05 (UTC +04:00)
Hədəfimizə çatdıq - Tatyana Deniskina

Bakı. Trend:

Düşünürəm ki, komanda öz çıxışı ilə maksimuma nail oldu. Bizim hədəfimiz Olimpiya Oyunlarına lisenziyanı məhz Honkonqda qazanmaq idi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin oyunçusu Tatyana Deniskina deyib.

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirinə ehtiyat basketbolçu kimi yollanan Deniskina Paris-2024-ə lisenziya qazanan millimizin basketbolçusu Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimində fikirlərini açıqlayıb:

“Yarışa bunun üçün getmişdik. Başa düşürdük ki, burada lisenziya qazanmaq digər turnirdəkindən daha asan olacaq. Hədəfimizə çatdıq”.

Basketbolçu qeyd edib ki, komandamız ilk oyunda çətinliklə üzləşsə də, toparlanmağı bacarıb:

“İlk oyunda bir az əsəbilik hiss olunurdu. Bu, bütün komandalarda belə idi. Bəlkə də digərlərində az hiss olunurdu. Bəzi zədələr də var idi. Komanda toparlandı. Məşqçi ilə birlikdə nəticə çıxardılar və ən yüksək nəticəyə imza atdılar”.

Xəbər lenti

Xəbər lenti