...

Qurban Qurbanov Roberto de Dzerbini keçib

İdman Materials 16 Aprel 2024 20:00 (UTC +04:00)
Qurban Qurbanov Roberto de Dzerbini keçib

Bakı. Trend:

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

"Qarabağ"ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. “Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2228 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Xəbər lenti

Xəbər lenti