...

Konfrans Liqası: "Aston Villa" yarımfinalda, "Fənərbağça" penalti seriyasında uduzub

İdman Materials 19 Aprel 2024 02:06 (UTC +04:00)
Konfrans Liqası: "Aston Villa" yarımfinalda, "Fənərbağça" penalti seriyasında uduzub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 4 matç baş tutub.

“Fənərbağça” Yunanıstanda uduzduğu “Olimpiakos”dan revanş alsa, cütün taleyini 11 metrlik zərbələr seriyası həll edib. 3 dəfə "ağ nöqtə"dən dəqiq ola bilməyən İstanbul klubu mübarizəni dayandırıb.

“Lill” - “Aston Villa” matçının da qalibi lotereyada bəlli olub. İngiltərə təmsilçisi daha dəqiq olaraq, yarımfinala yüksəlib. “Brügge” PAOK-u, “Fiorentina” isə “Viktoriya”nı iki oyunun nəticəsinə görə məğlub edib.

Qeyd edək ki, Konfran Liqasının yarımfinalda "Fiorentina" - "Brügge", "Aston Villa" - "Olimpiakos" matçları keçiriləcək. Mərhələnin oyunları mayın 2-də və 9-da baş tuatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti