...

Türkiyə Superliqası: "Qalatasaray" çempionluq yolunda vacib üç xal qazanıb

İdman Materials 22 Aprel 2024 00:55 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Pendikspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "İstanbulspor"u 2:0, "Antalyaspor" "Hatayspor"u 2:1, "Qaziantep" isə "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edib.

Hazırda turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Fənərbağça" 85 xalla ikinci, 55 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti