...

"Atalanta" çempion: Lukmanın het-triki “Bayer”in seriyasına son qoyub

İdman Materials 23 May 2024 01:02 (UTC +04:00)

Bakı. Trend:

Bu gün avrokuboklar mövsümünün ilk qalibi müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropa Liqasında həlledici qarşılaşma keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirini qazanmaq uğrunda matçda İtaliya “Atalanta”sı ilə Almaniya “Bayer”i üz-üzə gəlib. Görüş İrlandiyanın paytaxtı Dublində təşkil olunub.

Cari mövsümdə məğlub olmayan Xavi Alonsonun komandasının seriyası başa çatıb. Bundesliqa çempionluğunu qazanan Leverkuzen klubu ilk və son titulu 61 il əvvəl İtaliya kuboku qazanan "Atalanta" ilə bacarmayıb. Lukman het-trik edərək Berqamo təmsilçisinə Avropada ilk uğuru qazandırıb.

Qeyd edək ki, "Bayer" 2-ci dəfə avrokubokların finalında uduzub. Leverkuzenlilər 2021/2022 mövsümündə Çempionlar Liqasının finalında "Real"a məğlub olublar (1:2).

Avropa Liqası
Final
22 may
23:00. “Atalanta” – “Bayer” - 3:0
Qollar:
Lukman, 12; 26; 76
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Dublin. “Aviva” stadionu

Xəbər lenti

Xəbər lenti