...

Azərbaycan çempionatında dalaşan futbolçular cəzalandırılıb

İdman Materials 24 May 2024 14:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan çempionatının aşağı liqalarında təcavüzkar davranışa yol verən futbolçular cəzalandırılıblar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

I Liqada XXVII turun “Difai Ağsu” ilə matçında “Zaqatala”nın futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyun cəzalanıb, klubunu 300 manat cəriməyə məruz qoyub.

II Liqada XXVI turun “Dinamo” – “Sheki City” qarşılaşmasında da xoşagəlməz hadisə yaşanıb. Matçın 90-cı dəqiqəsində “Dinamo”nun oyunçusu Şahin Əliyev və “Sheki City”dən Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu rəqibi vurduğu üçün 4 oyun cəzalanıb, klublar hərəyə 300 manat cərimələnib.

Xəbər lenti

Xəbər lenti