Bakı. Trend:
“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasına dəvət alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.
Benzia millinin baş məşqçisi Vladimir Petkoviçin 25 nəfərlik heyətində yer alıb. 29 yaşlı yarımmüdafəçi çıxış etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Yassin Azərbaycan kubokunun finalından sonra Əcəzair yığmasının düşərgəsinə qoşulacaq.